AZ

Çinin XPeng Aridge şirkəti “Land Aircraft Carrier”in sınaq istehsalına başlayıb

Bakı. Trend:

Çinin XPeng Aridge (əvvəllər AeroHT kimi tanınırdı) şirkətiözünün “Land Aircraft Carrier” (LAC) adlı yeni nəqliyyatvasitəsinin yığım zavodunda sınaq istehsalına start verib.

Trend xəbər verirki, bu barədə istehsalçının açıqlamasında bildirilib.

Məlumata görə, ilk nəqliyyat vasitəsi artıq montaj xəttindənçıxıb. 120 min kvadratmetr sahəsi olan müəssisə ölkənin cənubundakıQuanqdonq əyalətinin paytaxtı Quançjou şəhərinin Huanpu rayonundayerləşir. Zavod ildə 10 minə qədər təyyarə modulu istehsal etməyiplanlaşdırır, ilkin mərhələdə isə 5 min ədədin istehsalı nəzərdətutulur. Tam gücdə fəaliyyət göstərən istehsal xətti hər 30dəqiqədə bir təyyarə hazırlaya biləcək. Kütləvi istehsal vəçatdırılma 2026-cı ilə planlaşdırılır.

LAC altı təkərli elektrik mikroavtobusu bazasında hazırlanıb vəarxa hissəsində yerləşən uçan moduldan ibarətdir. Altı pərvanə ilətəchiz olunan modul smartfon tətbiqi vasitəsilə avtomobildənayrılır. Quruluşda və pərlərdə davamlı, yüngül karbon lifindənistifadə edilib. Nəqliyyat vasitəsi eyni zamanda uçan modul üçündoldurma stansiyası rolunu oynayır.

Seçilən
46
1
az.trend.az

2Mənbələr