AZ

Yaponiya yeni baş naziri Kim Çen Inla görüşməyə hazırdır

BAKI, 4 noyabr. TELEQRAF

Yaponiya hökuməti yeni baş nazir Sanae Takaitinin KXDR lideri Kim Çen Inla görüşməyə hazır olduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə hökumət katibi Minoru Kixara mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Takaiti 1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan yapon vətəndaşlarının taleyinə dair məsələni həll etmək üçün Kim Çen Inla birbaşa danışıqlar aparmaq niyyətindədir.

Baş nazir daha əvvəl bu məsələ ilə bağlı keçirilən tədbirdə qeyd edib ki, Tokio artıq Pxenyana yüksək səviyyəli görüşə hazır olduğunu çatdırıb.

Kixara isə açıqlamasında bildirib ki, tərəflər müxtəlif diplomatik kanallar vasitəsilə əlaqə saxlayır, lakin danışıqların formatı və Şimali Koreyanın reaksiyası barədə məlumat verməyib.

O, həmçinin vurğulayıb ki, Sanaa Takaitinin administrasiyası qaçırılan yapon vətəndaşları problemini “mümkün qədər tez” həll etməyə çalışır.

Seçilən
58
teleqraf.com

1Mənbələr