AZ

Alimlər diabetin əsas səbəbini hədəf alan yeni müalicə yolu kəşf ediblər TƏDQİQAT

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 4 noyabr, AZƏRTAC

ABŞ-ın “Nyu Langone Health” mərkəzinin tədqiqatçıları diabetlə bağlı orqan və toxuma zədələnməsini azalda biləcək yeni bir dərman namizədi olan “RAGE406R” üzərində ümidverici nəticələr əldə ediblər.

AZƏRTAC “scitechdaily.com” portalına istinadla xəbər verir ki, aparılan siçan təcrübələri göstərib ki, yeni birləşmə diabetin səbəb olduğu hüceyrə zədələnməsini, iltihabı və yara sağalmasındakı ləngiməni azaldır. “RAGE406R” adlı birləşmə “RAGE” və “DIAPH1” adlı iki zülalın qarşılıqlı təsirini bloklayaraq zədələnmələrin qarşısını alır.

Tədqiqatın müəlliflərindən doktor Ann-mari Şmid bildirib ki, hazırda diabetin əsas səbəblərini aradan qaldıran heç bir dərman yoxdur: “RAGE406R yüksək qan şəkərini azaltmaqla deyil, “RAGE”in hüceyrədaxili fəaliyyətini bloklayaraq təsir göstərir”.

Əvvəlki dərman namizədi “RAGE229” genetik risklər səbəbindən dayandırılmışdı, lakin “RAGE406R” həmin riskləri daşımır və daha təhlükəsiz sayılır. Yeni birləşmə həm 1-ci, həm də 2-ci tip diabetdə yaranın sağalmasını sürətləndirdiyi və iltihabı azaltdığı üçün potensial müalicə variantı kimi qiymətləndirilir.

Professor Aleksandr Şextman isə qeyd edib: “Tapıntılarımız hər iki diabet növü üçün yeni və təsirli müalicələrin hazırlanmasına yol aça bilər”.

Tədqiqatın nəticələri “Cell Chemical Biology” jurnalında dərc olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
59
6
azertag.az

7Mənbələr