AZ

Amerikalı aktrisa Dayan Ledd 90 yaşında vəfat edib

Bakı. Trend:

Məşhur amerikalı aktrisa Dayan Ledd 90 yaşında dünyasınıdəyişib.

Trend xəbər verirki, bu barədə “The Hollywood Reporter” qəzeti noyabrın 3-də onunqızı, aktrisa Laura Dernə istinadən məlumat yayıb.

Məlumata görə, Ledd Kaliforniyanın Ohay şəhərindəki evindəqızının yanında vəfat edib. Ölüm səbəbi hələlik açıqlanmayıb.

Martin Skorsezenin “Alisa artıq burada yaşamır” (1974)filmindəki rolu ilə tanınan Dayan Ledd karyerası ərzində 200-dənçox film və televiziya serialında rol alıb. O, üç dəfə “Oskar”mükafatına namizəd göstərilib — “Alice Doesn’t Live Here Anymore”,“Wild At Heart” (1990) və “Rambling Rose” (1991) filmlərindəkirollarına görə.

Qeyd edək ki, aktrisa “Wild At Heart” və “Rambling Rose”filmlərində qızı Laura Dernlə birgə çəkilib.

Seçilən
81
az.trend.az

1Mənbələr