Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-də Ağ Evdə SəudiyyəƏrəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin SalmanƏl Səudu qəbul edəcək.
Trend xəbər verirki, bu barədə Reuters agentliyi Vaşinqton administrasiyasınınrəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, vəliəhd şahzadənin səfəri Vaşinqtonun Ər-Riyadıİbrahim Sazişlərinə qoşulmağa təşviq etdiyi bir dövrə təsadüf edir.Ağ Ev hələlik səfərlə bağlı rəsmi açıqlama verməyib və agentlikəlavə təfərrüatları paylaşmayıb.
Qeyd olunur ki, ABŞ administrasiyası dəfələrlə əsas məqsədininSəudiyyə Ərəbistanının İbrahim Sazişlərinə qoşulmasını təmin etməkolduğunu vurğulayıb.