Bakı. Trend:
İtaliyanın paytaxtı Romada yerləşən İmperator Forumundakı “Torredei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsindəbir işçi dağıntılar altında qalıb.
Trend xəbər verirki, mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatını davametdirir.
Məlumata görə, dağıntılar altında qalan 66 yaşlı rumıniyalıişçini xilas etmək üçün zamana qarşı yarış aparılır. Xilasediciləronunla səsli əlaqə saxlaya biliblər.
Hadisə zamanı tikilinin tamamilə çökmə riski yüksəkqiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb.
IX əsrin əvvəllərində inşa edilən tarixi qüllənin bir hissəsitəmir-bərpa işləri aparılarkən uçub. Nəticədə dörd nəfər xəsarətalıb. Daha sonra aparılan xilasetmə əməliyyatı zamanı tikilinindigər hissəsi də çöküb, dağıntılar altından iki nəfər sağçıxarılıb.