AZ

Türkiyə yenə silkələndi



Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, Balıkəsirdə Sındırgı rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.

Zəlzələ təxminən 4,91 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, üç aydır zəlzələ fırtınası yaşayan Balıkəsirdə dünən günorta saatlarında da 4,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbul və İzmir də daxil olmaqla bir çox vilayətdə hiss edilib.

Mehman Mehdiyev
Seçilən
82
newscenter.az

1Mənbələr