AZ

Parisdə “Swarovski” mağazasından 200 min avroluq zinət əşyaları oğurlanıb

Bakı. Trend:

Parisdə yerləşən “Swarovski” mağazasından ümumilikdə 200 minavro dəyərində bəzək əşyaları və saatlar oğurlanıb.

Trend xəbər verirki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Hadisə zamanı mağazanın siqnalizasiya sistemi işə düşməyib vəmüşahidə kameraları da soyğunçuları qeydə almayıb.

Oğurluq hadisəsi yalnız səhər mağaza açılarkən aşkarlanıb.Mağazanın əməkdaşı qapının qırıldığını və vitrinlərin sındığınıgörüb.

Seçilən
59
az.trend.az

1Mənbələr