AZ

Balıkesir vilayətində yenidən zəlzələ baş verdi

BAKI, 4 noyabr. TELEQRAF

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,3 bal gücündə daha bir zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələnin episentri yerin təxminən 4,9 kilometr dərinliyində olub. Təkanlar İstanbul və İzmir də daxil olmaqla, bir sıra yaxın bölgələrdə hiss edilib.

İlkin məlumatlara görə, təbii fəlakət nəticəsində hər hansı dağıntı və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, Balıkesirin Sındırgı rayonunda artıq üç aydır davam edən zəlzələ fəallığı müşahidə olunur. Gün ərzində burada 4,9 bal gücündə daha bir güclü zəlzələ qeydə alınmışdı.

Seçilən
45
teleqraf.com

1Mənbələr