AZ

XİN başçısı: İran ABŞ ilə nüvə danışıqlarını bərpa etməyə TƏLƏSMİR

İran nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqları bərpa etmək üçün tələsmir. Ajans.az "Al Jazeera" kanalına istinadən xəbər verir ki, bunu İranın Xarici işlər naziri Abbas Əraqçi kanala müsahibəsində deyib. İranlı XİN başçısı deyib: "ABŞ qarşılıqlı maraqlara əsaslanan bərabər mövqedən danışmaq qərarına gələrsə, İran Vaşinqtonla dolayı danışıqlara hazırdır. Tehranın yüksək vəzifəli diplomatı bildirib ki, ABŞ-ın danışıqların bərpası üçün qoyduğu şərtlərin - birbaşa danışıqlara vurğu, uran zənginləşdirilməsinin sıfırlanması, İranın raket ehtiyatlarına və regional müttəfiqlərinə dəstəyin məhdudlaşdırılması - məntiqsiz və ədalətsizdir. O, bu şərtlərin danışıqları əlçatmaz hala gətirdiyini irəli sürdü.

"Görünür, onlar tələsmirlər", - deyə o qeyd etdi. "Biz də tələsmirik."

Seçilən
69
Ajans.az

1Mənbələr