AZ

Spaletti Kənan Yıldızdan danışdı

style='margin-bottom:10px;'>

“Yuventus”un aparıcı futbolçusu Kənan Yıldız sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Sportinq”ə qarşı keçiriləcək matçda forma geyəcək. 

QOL.az-ın xəbərinə görə, bu barədə Turin klubunun baş məşqçisi Luçano Spaletti məlumat verib. 

Təcrübəli mütəxəssis türkiyəli ulduzun çıxışını da dəyərləndirib:

“Bəxtim gətirib ki, karyeram ərzində bir çox görkəmli futbolçularla çalışmışam. Yıldız da yüksək səviyyə nümayiş etdirir. Ondan meydanda hansı mövqedə özünü daha yaxşı hiss etdiyini soruşdum. Kənan isə cavab verdi ki, sol mərkəz hücumçusu kimi oynamağa üstünlük verir. O, həm ikinci hücumçu, həm də cinahda yaxşı olduğunu söylədi”. 

Qeyd edək ki, Kənan Yıldız zədə səbəbindən A seriyasının son turunda “Kremonoze” ilə görüşdə forma geyməyib. 

Türkiyəli futbolçu bu mövsüm bütün turnirlər nəzərə alınmaqla “Yuventus”un heyətində meydana çıxdığı 13 oyunda 3 qol vurub, 4 dəfə məhsuldar ötürmə müəllifi olub. 

Seçilən
46
1
teleqraf.com

2Mənbələr