AZ

“Güvən MTK”da narızılıq: “Bizə yaşamağa imkan vermirlər” – VİDEO

Bakıda yerləşən “Güvən MTK”nın sakinləri “Megafun” kompleksinin qarşısında aksiya keçiriblər. Sakinlər iddia edirlər ki, binada məhkəmə qərarı olmasına baxmayaraq, “Güvənli Servis” şirkəti onlara normal yaşayış şəraiti yaratmağa imkan vermir.

NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, məhkəmə qərarı ilə “Güvənli Servis”in fəaliyyəti ləğv edilib və əvəzində 178 vətəndaşın imzası ilə yeni MMC yaradılıb. Məhkəmə icraçıları da bəzi liftlərin və avadanlıqların yeni MMC-yə təhvil verilməsini təmin ediblər.

Lakin sakinlər bildirirlər ki, “Güvənli Servis”in rəhbərliyi və MTK-nın məsul şəxsləri qazanxananın onlara təhvil verilməsindən imtina edir. İddiaya görə, buna bəhanə kimi bəzi sakinlərin guya borclu olması göstərilir.

Sakinlər qeyd edirlər ki, binada elə obyektlər var ki, ümumiyyətlə işıq sayğacı belə yoxdur. Buna baxmayaraq, “Güvənli Servis” rəhbərliyi ümumi borc bəhanəsi ilə bütün binanın isti su təchizatını dayandırmaq istəyir.

 

Seçilən
54
1
nocomment.az

2Mənbələr