AZ

Rusiya səfiri İtaliya XİN-ə çağırılıb

Roma, 4 noyabr, AZƏRTAC

Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə çağırılıb.

AZƏRTAC xəbər verir ki, səfirlə görüşdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Romada “Torre dei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması ilə bağlı şərhlərinin qəbuledilməz olduğu bildirilib.

Qeyd edək ki, Mariya Zaxarova hadisəni Romanın Ukraynaya hərbi dəstəyi ilə əlaqələndirərək deyib: “İtaliya hökuməti vergi ödəyicilərinin pullarını israf etməyə davam etdiyi müddətdə, ölkənin iqtisadiyyatından tutmuş bütün qüllələrinə qədər tamamilə çökəcək”.

İtaliyanın müdafiə naziri Quido Krosetto isə rəsmi Kiyevə yeni hərbi yardım paketinın ayrılacağını elan edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
73
6
azertag.az

7Mənbələr