Premyer Liqada X tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, sonuncu matçda "Sabah" "Qəbələ"ni qəbul edib.
"Bank Respublika Arena" keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 28-ci dəqiqədə Stiv Solvet vurub.
18 xalı olan "Sabah" turnir cədvəlində dördüncü sırada yer alıb. "Qəbələ" 5 xalla onuncudur.
"Sabah" - "Qəbələ" 1:0