AZ

QHT sədri: “Zəfər Günü – ərazi bütövlüyümüzün bərpa olunduğu, qürur mənbəyimizdir”

Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü dövlətimizin gücünü, xalqımızın birliyini və qələbə ruhunu təcəssüm etdirir. Bu möhtəşəm gün Prezident İlham Əliyevin rəhbərliyi, xalqın əzmi və ordumuzun rəşadəti sayəsində əldə olunan tarixi Qələbənin rəmzidir.

“Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyinin sədri Əhmədov Natiq QHT.az-a açıqlamasında bildirdi ki, 8 Noyabr – Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu gündür. Onun sözlərinə görə, bu tarix xalqımızın iradəsini, dövlətimizin gücünü və ordumuzun qüdrətini bir daha dünyaya nümayiş etdirdi:

“Zəfər mənim üçün Qələbəni ifadə edir. Bu gün bizim qələbə günümüzdür, ərazi bütövlüyümüzün bərpa günüdür. Qürur hissi ilə qeyd edirik ki, bu torpaqlar uğrunda canını fəda edən şəhidlərimizin, qəhrəman qazilərimizin sayəsində bu zəfəri qazandıq. Bu günü müsbət qiymətləndirirəm və gələcəkdə ictimai fəaliyyətlərdə maarifləndirici qrantlara, şəhid və qazi ailələri ilə bağlı layihələrə daha çox diqqət ayrılması vacibdir. QHT-lər məhz bu mövzularda daha çox layihə təqdim etməli, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirməyə yönəlməlidirlər.”

QHT sədri əlavə edib ki, Zəfər Günü xalqımızın qürur mənbəyidir və güclü ordumuzun, möhkəm dövlət siyasətimizin nəticəsidir:

“Bu işdə medianın üzərinə böyük məsuliyyət düşür. Biz QHT olaraq həm yerli, həm də xarici mediada dövlət siyasətini dəstəkləyən paylaşımlar etməli, informasiya mübarizəsində fəal olmalıyıq.

Seçilən
74
qht.az

1Mənbələr