AZ

Nazir: İtaliya Ukraynaya yeni hərbi yardım ayıracaq

Roma, 4 noyabr, AZƏRTAC

İtaliya Ukraynaya yeni hərbi yardım paketi ayıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.

“Biz Ukraynaya əlimizdən gələni etməyə davam edirik, mövqeyimiz dəyişməz olaraq qalır. Ukrayna üçün yeni yardım paketi hazırdır. Tezliklə rəsmi Kiyevə dəstəklə bağlı yeni yardım paketini İtaliya hökumətinə təqdim edəcəyəm”, - deyə nazir bildirib.

Qeyd edək ki, İtaliya müharibə başlayandan bəri Ukraynaya 10 hərbi yardım paketi ayırıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
50
6
azertag.az

8Mənbələr