AZ

Rumıniya Hollandiyadan 18 ədəd F-16 qırıcısı alacaq

Bakı. Trend:

Rumıniyanın Hollandiyadan 18 ədəd F-16 təyyarəsinin alınması iləbağlı hökumətlərarası müqavilə Buxarestdə imzalanıb.

Trend xəbər verirki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Feteştidəki F-16 qırıcı pilotlarının təlimmərkəzində yerləşən təyyarələrdən biri simvolik olaraq 1 avroqiymətinə Rumıniya dövlətinə təhvil veriləcək. Lakin bu, təyyarəningöstərilən dəyəri və 100 milyon avroluq logistika dəstəyi paketiəsasında hesablanan 21 milyon avro dəyərində ƏDV ödənişinə tabeolacaq.

Təyyarələr yalnız təlim məqsədilə istifadə ediləcək və RumıniyaNATO və tərəfdaş ölkələrdən olan pilotlar üçün müəyyən sayda təlimyeri təmin etməlidir.

Nazirliyin məlumatında bildirilib ki, bu müqavilənin imzalanmasıMüdafiə Nazirliyinin mərkəzi uzunmüddətli perspektivdə saxlamaqniyyətini əks etdirir. Bu addım həm Rumıniyada, həm də müttəfiq vətərəfdaş ölkələrdə pilotlara artan tələbatı və beynəlxalq səviyyədəməhdud təlim imkanlarını nəzərə alaraq atılıb.

Seçilən
44
az.trend.az

1Mənbələr