AZ

İsrailə böyük ordu lazımdır – Netanyahu

BAKI, TurkicWorld, Orxan Qədirzadə

“İsrailin Baş naziri Benyamin Netanyahu ehtiyatda olan yüksək rütbəli zabitlərlə keçirilən konfransda İsrailin böyük orduya ehtiyac duyduğunu bildirib.

Netanyahu, müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamir ilə birlikdə çıxışında deyib.

“Ehtiyat qüvvələri əsas və həyati əhəmiyyət daşıyan elementdir. Biz böyük, güclü və ağıllı orduya ehtiyac duyuruq.”-deyə o bildirib.

Qəzet yazır ki, 2023-cü il 7 oktyabrda HƏMAS hücumlarından əvvəl uzun illər ərzində İsrail Ordusu ehtiyat bölmələrini bağlayır və yüksək hazırlıqlı aktiv qüvvələrə əsaslanan “kiçik və ağıllı” ordu modelinə keçirirdi. Lakin son iki ildəki döyüş əməliyyatları əsasən ehtiyatda olan hərbçilər üzərində qurulub.

“Biz yalnız Yaxın Şərqi dəyişmədik, özümüzü də dəyişdik. Artıq ‘məhdudlaşdırma’ anlayışı yoxdur — təşəbbüs və qabaqlayıcı fəaliyyət var. Ehtiyat qüvvələri yenidən səhnəyə qayıtdı, düşmən isə bunun əksini düşünürdü. Onlar yanıldılar, bizi və sizi düzgün qiymətləndirmədilər.”-deyə Netanyahu qeyd edib.

İsrail Ordusu və müdafiə qurumları, ölkədə artan təhlükəsizlik tələbləri, həmçinin HƏMAS hücumundan sonra iki il ərzində minlərlə hərbçinin öldürülməsi və yaralanması səbəbindən 12 min əlavə əsgərə ehtiyac olduğunu bildirir.

Netanyahu hökuməti həmçinin ultra-ortodoks yəhudilər (haredim) arasında hərbi xidmətdən yayınanlara qarşı effektiv tədbirlərin görülməməsi və güzəştlərin qanuniləşdirilməsinə çalışması səbəbindən sərt tənqid olunur.

Hazırda hökumət beş il əvvəl təsdiqlənmiş mübahisəli qanun layihəsi üzərində çalışır. Layihəyə əsasən, hər il hərbi xidmətə yararlı ultra-ortodoks kişilərin cəmi 50 faizinin orduya çağırılması nəzərdə tutulur.

Seçilən
57
turkic.world

1Mənbələr