AZ

Xabi Alonso “Liverpul”la qarşılaşma barədə: “Bu Avropa futbolunda vacib bir oyundur”

“Real Madrid”in baş məşqçisi Xabi Alonso komandasının Çempionlar Liqasının 4-cü turunda “Liverpul”la qarşılaşması barədə danışıb.

“Bu, Avropa futbolunda klassikadır və vacib bir matçdır. Çoxları artıq “Enfild”dəki atmosferi yaşayıb. Oyunlarda elə anlar olur ki, bu stadion guruldayır və ev sahibi komandanın oyunçuları müsbət enerji ilə doludur, amma təzyiqə yaxşı cavab verən və daha da motivasiyalı olan çox təcrübəli oyunçularımız var. Mən onlara böyük inam bəsləyirəm. Bu matçlara zehni hazırlıq vacibdir və sabah həm futbol bacarığı, həm də xarakter həlledici olacaq”, - deyə Alonso klubun rəsmi saytında bildirib.

Üç oyundan sonra “Real Madrid” doqquz xala malikdir və liqa turnir cədvəlində beşinci yerdədir. “Liverpul” altı xalla 10-cu yerdədir.

İdman.Biz

Seçilən
59
1
idman.biz

2Mənbələr