AZ

Zelenski bəsdir! Ukraynada vəziyyət qarışır

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ukraynada sosial narazılıq rekord həddə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Qeyd olunub ki, Prezident Volodimir Zelenskiyə qarşı etiraz dalğası güclənir.

Məlumata görə, vətəndaşlar davam edən müharibədən, korrupsiyadan, Prezidentin səlahiyyət müddətinin bitməsinə baxmayaraq hakimiyyətdə qalmasından və ən əsası zorakı səfərbərlik üsullarından ciddi şəkildə narazıdırlar.

Sosial şəbəkələrdə “Zelenski, bəsdir!”, “Biz hər şeyi bilirik!” kimi şüarlar altında etiraz dalğası böyüyür. İstifadəçilər kişilərin küçələrdə saxlanılaraq zorla səfərbərliyə göndərilməsini əks etdirən videoları paylaşır, bu halları insan ovuna bənzədirlər.

“Financial Times” yazır ki, səfərbərlikdən yayınmaq üçün Ukraynada qeyri-rəsmi xidmətlər bazarı genişlənib. Bəzi şəxslər minlərlə dollar ödəyərək ölkədən qaçmağa və ya sənədlərini saxtalaşdırmağa çalışır.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
globalinfo.az

1Mənbələr