AZ

190 cəsəd QALMAQALI – Məhkəmə sazişi RƏDD ETDİ

Amerikada hakim “190 cəsəd işi” üzrə sazişi rədd edib.

İnterpress.az xəbər verir ki, bu barədə “AP News” yazıb.

Koloradoda məhkəmə 2019–2023 arasında təxminən 190 cəsədi gizlətməkdə ittiham olunan “Return to Nature” dəfn evinin sahibləri Keri və Con Hallfordun 15–20 illik razılaşma sazişini rədd edib.

Onlar ailələrə saxta kül verib və hökuməti təxminən 900 min dollar aldadıb.

Saziş rədd olunduqdan sonra Keri Hallford ya geri çəkilə, ya da daha ağır hökm riski ilə işi davam edə bilər.

Con Hallford artıq məhkəməyə çıxacağını bildirib. Zərərçəkən ailələr isə daha sərt cəza tələb edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
72
interpress.az

1Mənbələr