AZ

“Turan Tovuz”un son planı baş tutmadı - Səbəbi var!

Adətən, stadionların açılışı zamanı azarkeşlər üçün hansısa formada şou proqram təşkil olunur.

Düzdür, Tovuz şəhər stadionunda açılış nəzərdə tutulmayıb. Sadəcə süni örtük təbii qazonla yenilənib.

Və klub rəhbərliyi yerli futbolsevərlərin aylardır doğma komandasından uzaq düşdüyünü nəzərə alaraq, konsert proqramı hazırlamaq niyyətində imiş.

Plan 2 ay əvvəldən nəzərdə tutulubmuş. Ki, matçdan 2 saat əvvəl stadionun qapıları açılsın, arenaya təşrif buyuran azarkeşlər ölkənin sayılıb-seçilən müğənnilərinin ifalarını dinləsin.

Bir sözlə, oyundan əvvəl əhval-ruhiyyə yüksəlsin.

Lakin Tovuzun tanınmış futbol adamlarından sayılan, vaxtilə AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan, “Turan Tovuz”un İdarə Heyətində yer alan Yaşar Sultanovun dünyasını dəyişməsi planı pozub.

“Turan Tovuz” rəhbərliyi Sultanovun ruhuna hörmət əlaməti olaraqşou proqramı ləğv edib.

Üstəlik, meydanın bir hissəsində Yaşar bəyin xatirəsinə nəzərdə tutulmuş banner asılıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
54
sportinfo.az

1Mənbələr