Gec oyanan insanların intellekti və düşünmə sürəti daha yüksək olur.
İnterpress.az “The Guardian”a istinadən xəbər verir ki, bu, London İmperial Kollecinin tədqiqatçılarının 26.000 iştirakçı üzərində sınaqdan keçirdikdən sonra gəldiyi nəticədir. Alimlər sübut ediblər ki, “gecə bayquşları” “erkən quşlardan” daha ağıllıdırlar.
Araşdırmalar göstərib ki, gec yatıb gec oyanan insanlar testləri 13,5% daha yaxşı nəticə ilə yerinə yetirir, daha tez diqqətlərini cəmləyir, məlumatı yadda saxlamaq qabiliyyətləri güclüdür və məntiqi məsələləri daha səmərəli həll edirlər.
Dünya erkən quşlara uyğunlaşdığı üçün gecə bayquşları tam potensiallarına çata bilmirlər – onlar xroniki qlobal yuxu çatışmazlığından əziyyət çəkirlər.
Xuraman Etibarlı
İnterpress.az