AZ

Kolumbiyada polis idarəsi yaxınlığında baş verən partlayışda iki nəfər ölüb

Kolumbiyanın Suares şəhərində polis idarəsi yaxınlığında baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

News365.az xəbər verir ki, bu barədə "El Tiempo" qəzeti məlumat yayıb.

Bildirilib ki, polis idarəsinin yaxınlığında park edilmiş partlayıcı ilə dolu avtomobil bazar ertəsi gecə partlayıb.

"İki ölü və bir neçə yaralı barədə məlumatımız var", - deyə şəhərin meri Sezar Seron bildirib.

Qəzetin məlumatına görə, ölənlər polis idarəsinin yaxınlığında yerləşən hotelin qonaqları olub. Qeyd olunub ki, 30-a yaxın binaya ziyan dəyib.

Seçilən
28
news365.az

1Mənbələr