AZ

“Braziliya mənim üçün xüsusi yerdir”

“Red Bull” komandasının pilotu və dördqat Formula-1 çempionu Maks Verstappen Braziliya Qran-prisi ərəfəsində yarışla bağlı təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, niderlandlı pilotçunun sözlərinə görə, Braziliya onun üçün təkcə maraqlı yarışlara görə deyil, həm də şəxsi səbəblərlə əhəmiyyətlidir:

“Braziliya mənim üçün xüsusi yerdir. Burada inanılmaz yarışlar və unudulmaz anlar yaşadıq. Həm də sevgilimin ailəsi Braziliyadandır, bu da yarışa mənim üçün fərqli bir məna qatır. San-Pauluda hava tez-tez dəyişir, bəzən güclü yağış başlayır və yarışlar tamamilə çılğın keçir. Xüsusilə ötənilki Qran-prini xatırlayıram — biz 17-ci yerdən start götürüb qalib gəlmişdik. Həmin qələbə çox emosional idi və çempionat baxımından önəmli məqam sayılır.”

28 yaşlı dördqat çempion bildirib ki, bu yarış üçün xüsusi braziliya üslubunda dizayn edilmiş dəbilqə hazırlayıb:

“Bu, tarix və ənənələrlə zəngin bir yerdir. Eyni zamanda mənim üçün şəxsi xatirələrlə doludur. Mən ənənəvi braziliya rənglərini seçdim və dizaynın çox gözəl alındığını düşünürəm. Yarışa bu dəbilqə ilə çıxmaq üçün səbirsizliklə gözləyirəm. Buradakı azarkeşlər inanılmaz dərəcədə ehtiraslıdır və belə ‘oldskul’ traslarda yarışmaq mənim üçün xüsusi hissdir.”

Seçilən
52
90deqiqe.az

1Mənbələr