AZ

Yaponiyada ayı hücumuna məruz qalmış 79 yaşlı qadının cəsədi tapılıb

Yeniazerbaycan portalından verilən məlumata əsasən, ain.az bildirir.

Yaponiyanın şimal-şərqindəki Akita prefekturasının meşəlik ərazisində ayının hücumuna məruz qalmış 79 yaşlı qadının cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, yaşlı qadını tapa bilməyən ailəsi bununla bağlı polisə müraciət edib. Onun cəsədi bazar ertəsi səhər saatlarında tapılıb.

Qeyd edək ki, prefekturada ayı hücumlarının artması ilə əlaqədar müdafiə naziri yerli hakimiyyət orqanlarına ayıların daşınması və zərərsizləşdirilməsi kimi logistik dəstək təklif edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
3
yeniazerbaycan.com

4Mənbələr