Romada bərpa işləri aparılan tarixi “Torre dei Conti” qülləsi çöküb.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 4 işçi xəsarət alıb.
Əraziyə çoxlu sayda yanğınsöndürən və xilasetmə briqadası cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində piyadaların və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Çökmənin səbəblərinin müəyyən olunması üçün araşdırmalara başlanılıb.
"Cebheinfo.az"