AZ

Bakıda qəssab WhatsApp qrupu yaradaraq ət satışı ilə məşğuldur? AQTA dan açıqlama

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Paytaxtın Yasamal rayonunda, "ASAN xidmət" mərkəzinin yaxınlığında fəaliyyət göstərən qəssablardan birinin "WhatsApp" qrupu yaradaraq kiloqramı 17 manata ət satdığı iddia olunur.

Həmin şəxs isə sözügedən iddianı yalanlayıb: "WhatsApp" qrupu açmamışam və bu məsələdən xəbərim yoxdur. Amma mənə "səni qrupa əlavə etmişik, müştəri gələcək" demişdilər".

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, əgər vətəndaşın müşayiətedici sənədləri və möhürü varsa, o, istənilən formada ət satışı ilə məşğul ola bilər: "Burada hər hansı qayda pozuntusu yoxdur".

Daha ətraflı Baku TV-nin videomaterialında:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
107
2
baku.ws

3Mənbələr