AZ

Yuxu pozğunluğunun əsas səbəbləri: insan səhhətinə ağır zərbələr vurur

Müasir insanlarda yuxu pozğunluğuna səbəb olan əsas amilləri açıqlanıb. 

Ölkə.Az-ın məlumatına görə, rusiyalı nevroloq İnna Boqdanova bildirib ki, yuxu pozulması və düzgün həyat tərzinin olmamasını geniş yayılmış səbəblər sırasında qeyd edib. Onun sözlərinə görə, zəif səhər yeməyi, gec saatlarda yüksək kalorili şam yeməyi, yatmazdan əvvəl telefon və planşetlərdən istifadə, axşam saatlarında parlaq işıq və rejimin olmaması yuxuya getməni və yuxunun dərinliyinə mənfi təsir göstərir. Bundan əlavə, siqaret çəkmək, alkoqol və kofeinə (xüsusilə axşam saatlarında) həddindən artıq meyil yuxunu səthi və fasiləli edir.

Boqdanova əlavə edib ki, yuxu pozğunluqlarına ürək-damar xəstəlikləri, endokrin pozğunluqlar (məsələn, diabet, tireotoksikoz), bronxial astma da səbəb ola bilər.

Qadınlarda hamiləlik, klimaks və aybaşı öncəsi dövrdəki hormonal dəyişikliklər də yuxunun keyfiyyətinə təsir göstərir.

“Yuxu apnoesi sindromu, xoruldama və narahat ayaqlar sindromu gecə oyanmalarının və gündüz yuxululuğunun tez-tez rast gəlinən səbəbləridir,” – deyə nevroloq qeyd edib.

O həmçinin bilirib ki, müasir dövrdə yuxu pozğunluqlarının əsas tətikləyiciləri stres və emosional qeyri-sabitlikdir.

“Araşdırmalar göstərir ki, narahatlıq, depressiya və psixi pozğunluqlara meyillilik yuxusuzluqla sıx bağlıdır və onlar yuxunun keyfiyyətini xeyli pisləşdirir”, – deyə Boqdanova xəbərdarlıq edib.

Mütəxəssislərin sözlərinə görə, sağlam ürək-damar sistemi üçün ən optimal yatma vaxtı saat 22:00–23:00 aralığıdır və sağlam yuxu və ürək üçün ən faydalı hesab olunur.

Leyla

Seçilən
41
2
olke.az

3Mənbələr