AZ

Osimhen UEFA nın saytına müsahibə verib: Çempionlar Liqasında fərq yaratmaq istəyirik

ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen Çempionlar Liqasında "Ayaks"la oyundan əvvəl UEFA-nın rəsmi saytına müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, müsahibəsində gələcək hədəflərindən danışıb.

Osimhen bildirib ki, Çempionlar Liqası ən nüfuzlu turnirdir: "Biz orada fərq yaratmaq istəyirik".

26 yaşlı hücumçu "Qalatasaray"a transferi ilə bağlı da fikirlərini bildirib. O, Hava limanındakı qarşılanmanı hələ də unuda bilmədiyini deyib: "Gecə saat 2 və ya 3 idi, amma minlərlə azarkeş orada idi. Bunu görmək başqa bir qürur idi, bu, içimdə bir od yandırdı"

Uğurlu futbolçunun sözlərinə görə, "Qalatasaray"ın və özünün Avropa ambisiyaları böyükdür: ""Qalatasaray" Türkiyədə ən komandasıdır. İndisə adımızı Avropada da tanıtmağın vaxtıdır".

Fərid ASLAN

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
mia.az

1Mənbələr