AZ

BMT Trampın açıqlamasından sonra çağırış etdi

ABŞ prezidenti Donald Trampın Nigeriyaya qoşun göndərməklə bağlı açıqlamalarına cavab olaraq, BMT güc təhdidlərindən çəkinməyi tələb edib.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə BMT Baş katibinin müavini Fərhan Haq açıqlama yayıb.

"Üzv dövlətlər öz hərəkətlərinin beynəlxalq hüquqa, o cümlədən bütün üzv dövlətləri güc tətbiqi təhdidindən çəkinməyə çağıran BMT Nizamnaməsinə uyğun olmasını təmin etməlidirlər", - deyə o bildirib .

Haq əlavə edib ki, bütün dinlərdən olan nigeriyalılar terrorizmdən əziyyət çəkirlər. BMT Nigeriyanın zorakılığın səbəblərini aradan qaldırmaq səylərini dəstəkləməyə hazırdır.

QAZİLER.AZ

Seçilən
62
qaziler.az

1Mənbələr