“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının “Real Madrid”lə qarşıdakı oyunu öncəsi təşkil olunan mətbuat konfransında yarımmüdafiəçi Rayan Qravenberxin çıxışı barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, niderlandlı mütəxəssis futbolçunun son oyunlardakı performansından razı qaldığını bildirib:
“Ona daha çox qapıya zərbə endirməyi deməmişdim, amma son vaxtlar cərimə meydançasında daha aktiv hərəkət edir. Onun əsas vəzifəsi hücumların başlanğıcını qurmaq və müdafiəyə kömək etməkdir, lakin zaman-zaman ön xəttdə də faydalı ola bilər. “Aston Villa” ilə oyunda bir az bəxti gətirdi — top rikoşetlə qapıya daxil oldu.”
Qeyd edək ki, “Liverpul” – “Real Madrid” oyunu noyabrın 4-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.