AZ

BCM Sudanda törədildiyi iddia olunan hərbi cinayətləri araşdırmaq niyyətindədir

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Darfurun şimalındakı Əl-Faşir şəhərində “Sürətli Reaksiya Qüvvələri” adlı silahlı hərəkatın üzvləri tərəfindən törədildiyi iddia olunan kütləvi qətllər, zorlamalar və digər cinayətlər barədə xəbərlərdən ciddi narahatlığını ifadə edib.

APA xəbər verir ki, bu barədə BCM bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, bu əməllər “hərbi cinayətlər” və “insanlığa qarşı cinayətlər” kimi qiymətləndirilə bilər.

Sənəddə vurğulanır ki, BCM BMT Təhlükəsizlik Şurasının 2005-ci ildə qəbul etdiyi 1593 saylı qətnaməyə əsasən Darfurdakı vəziyyətin araşdırılması üçün mandata sahibdir.

Məhkəmə artıq sübutların toplanması və Sudandakı milli, həmçinin beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
apa.az

2Mənbələr