AZ

Romadakı tarixi qüllə hər an uça bilər

BAKI, 3 noyabr. TELEQRAF

Romanın mərkəzindəki tarixi qüllə hər an uça bilər.

Teleqraf xəbər verir ki, bu barədə Roma meri məlumat yayıb.

Qüllənin bir hissəsinin artıq uçduğu və dağıntılar altında bir nəfərin qaldığı bildirilir.

Qeyd olunur ki, qədim Torre dei Conti qülləsində bərpa işləri aparılarkən tikili qismən dağılıb. İtaliya mətbuatının məlumatına görə, damdan gipsin bir hissəsi düşüb, ardınca yüksək səs-küy və nəhəng toz buludu ilə müşayiət olunan daha böyük çökmə baş verib. Bir nəfər yaralanıb.

Seçilən
73
2
teleqraf.com

3Mənbələr