
Rusiya ordusundan Xarkov vilayətinin Kupyansk şəhərinin son təmizlənməsi tarixləri artıq müəyyən edilib.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 3-də kabinetində bir qrup jurnalistlə görüşündə bildirib.
"Kupyanskda 60-a qədər rus hərbçisi qalır. Təmizləmə əməliyyatı davam edir. Hər şeyi təmizləyəcəyik. Əslində, tarixlər müəyyən edilib. Onlar Qərargahda müzakirə olunub. Hələlik detallarını paylaşmayacağıq", - deyən Ukrayna Prezidenti Kupyanskda vəziyyət barədə başqa məlumat verməyib.