AZ

Latviya Prezidenti İstanbul Konvensiyasından çıxış qərarına veto qoydu

Latviya Prezidenti Edqars Rinkeviçs ölkənin İstanbul Konvensiyasından çıxışı ilə bağlı parlamentin qəbul etdiyi qanuna veto qoyub.

Musavat.com xəbər verir ki, dövlət başçısı bu qərarı Konstitusiyanın prezidentə qanunu imzalamamaq səlahiyyəti verən maddəsinə əsaslanaraq qəbul edib.

İstanbul Konvensiyasının əleyhdarları iddia edirlər ki, sənəd guya “gender ideologiyasını” təşviq edir və məişət zorakılığı ilə mübarizə milli qanunvericilik çərçivəsində də mümkündür.

Xatırladaq ki, parlamentin konvensiyadan çıxmaq barədə qərarı Latviya cəmiyyətində geniş etirazlara səbəb olmuşdu. 

 

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr