AZ

"İlk hissənin əvvəlində bu xarakteri göstərə bilsəydik..." - Kaxaber Tsxadadze

Bu gün Misli Premyer Liqasında 10-cu tur çərçivəsində doğma meydanda "Qəbələ"ni qəbul edən "Sabah" 1:0 hesablı qələbə qazanıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze bunları qeyd edib:

"Oyunuçularıma göstərdikləri oyuna görə təşəkkür edirəm. Son matçlarımızda bəxtimiz gətirmir. Əminəm ki, qarşıdakı oyunlarda bəxtimiz də gətirəcək. İlk hissədə standart vəziyətdən bir səhvdən qol buraxdıq. İkinci hissədə isə daha yaxşı oyun göstərdik. Futbolçular xarakter göstərdilər. İlk hissənin əvvəlində bu xarakteri göstərə bilsəydik, başqa cür ola bilərdi. Biz yaxşı oyun göstəririk. Buna görə də nəticənin daha yaxşı olacağına inanıram. Son olaraq da "Sabah"ı qələbə münasibətilə təbrik edirəm."

Orxan Həsənquluyev

saytlarin hazirlanmasi

Seçilən
60
3
sportal.az

4Mənbələr