AZ

İlon Mask azərbaycanlılara 30% endirim etdi KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Amerikalı iş adamı və milyarder İlon Maskın “Space X” şirkəti Azərbaycandan olan “Starlink” istifadəçiləri üçün endirim kampaniyasına başlayıb.

KONKRET.AZ pravda.az-a istinadən xəbər verir ki, internet təchizatı üçün lazım olan “Mini Kit” marşrutlayıcı (router) avadanlığının qiyməti 102 manat yaxud 30% endirilib.

Nəticədə “Mini kit”in dəyəri 340 manatdan 238 manata düşüb və endirim kampaniyası dekabrın 1-dək davam edəcək.

Həmçinin məlumatda qeyd edilir ki, ölkəmizdə olan istifadəçilər bu avadanlıq vasitəsi ilə 350 Mb/s-yə qədər sürət əldə edə biləcəklər.

Qeyd edək ki, “Starlink”in peyk interneti xidmətləri Azərbaycanda 2025-ci ilin martın 29-da aktivləşib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
4
konkret.az

5Mənbələr