AZ

Atasının maşınını qaçırıb dostuna veribmiş: “Tikəmizi də tapmayacaqlar!” – Elvinlə İsbinin həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Ötən gecə Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin detalları məlum olub.

Editor.az  “Qafqazinfo”ya istinadla xəbər verir ki, ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb. Minik vasitəsini idarə etmək üçün dostu, 27 yaşlı Elvin Məmmədova verib.

Kadrlardan da aydın olduğu kimi, hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub. Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o, deyilənlərə məhəl qoymayıb:

“Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür!”

Qeyd edək ki, hadisə zamanı minik vasitəsini idarə edən Elvin Məmmədov və 11-ci sinif şagirdi İsbi Alıyev həlak olublar.

Digər iki gənc – 2008-ci il təvəllüdlü S.Əsgərov və 2009-cu il təvəllüdlü T.Süleymanov isə ağır yaralanıb. Avtomobil yaralılardan birinin atasına məxsus olub.

Yüksək sürətin səbəb olduğu dəhşətli qəzanın anbaan görüntülərini təqdim edirik:

 

 

Ötən gecə Göygöldə iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İdarəetməni itirən “Mercedes” markalı avtomobil dəmir arakəsməni keçərək aşıb.

Editor.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı həlak olanlardan biri 2009-cu il təvəllüdlü İsbi Alıyev 11-ci sinif şagirdi imiş.

Məlumata görə, o, Göygöl rayonu Qızılca kənd Rafiq Məmmədov adına 2 nömrəli tam orta məktəbdə təhsil alırmış.

Qəzada həlak olan digər gənc isə 27 yaşlı Elvin Məmmədov olub.

Seçilən
41
11
editor.az

10Mənbələr