“Son oyunlarda sadəcə bəxtimiz gətirmir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının X turunda baş tutan “Sabah” - Qəbələ” matçından sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
“Futbolçularıma təşəkkür edirəm. Yaxşı oyun göstərdik. Əgər oyunumuz olmasaydı, başqa cür danışardıq. İlk hissəyə nisbətən ikinci hissədə komandam daha yaxşı çıxış etdi. İkinci hissədəki xarakteri birinci hissədə göstərsəydik, nəticə daha yaxşı ola bilərdi. “Sabah”ı qələbə münasibətilə təbrik edirəm”.
Qeyd edək ki, "Bank Respublika Arena" keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib. Qolu 28-ci dəqiqədə Stiv Solvet vurub.