AZ

Dünyada jurnalist qətllərinin 85 faizinin üstü açılmamış qalır

Dünyada jurnalistlərlə bağlı qeydə alınan on qətldən doqquzunun üstü açılmamış qalır.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş jurnalistlərə qarşı cinayətlərdə cəzasız qalmağa son qoyulması üzrə Beynəlxalq Gün münasibətilə etdiyi müraciətində bildirib.

UNESCO-nun məlumatına görə, 2023-cü ilin avqustundan 2025-ci ilin mayınadək 163 jurnalist qətli qeydə alınıb. Onlardan 12-si qadındır. Onlar əsasən Qəzza (46 hal), Sudan (13 hal) və Ukrayna ərazisində (8 hal) qeydə alınan münaqişə zonalarında həlak olublar.

Seçilən
70
1
publika.az

2Mənbələr