AZ

“Azarkeşlərimizin dəstəyi ilə ‘Bavariya’ya qarşı üstün gələcəyimizə inanırıq”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının IV turunda Almaniyanın “Bavariya” klubuna qarşı keçiriləcək oyun ərəfəsində fikirlərini bölüşüb.  

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.

“’Park de Prens’de azarkeşlərimizin yaratdığı atmosfer bizə böyük motivasiya verir. Onların təzyiqinə tab gətirəcəyimizə əminəm. Düşünürəm ki, bu qarşılaşma yayda Klublararası Dünya Çempionatında ‘Bavariya’ ilə oynadığımız oyuna bənzəyəcək — çox gərgin və maraqlı olacaq. ‘Bavariya’ hazırda inanılmaz formada, 15 oyun ardıcıl qələbə qazanıblar. Bizim üçün bu matç təkcə 3 xal üçün deyil, həm də çətin qrupa düşdüyümüz üçün böyük əhəmiyyət daşıyır. Evdə azarkeş dəstəyindən maksimum yararlanmağa çalışacağıq.”

Xatırladaq ki, matç noyabrın 4-də “Park de Prens” stadionunda baş tutacaq. Qrup mərhələsində hər iki komanda — “PSJ” və “Bavariya” — ilk üç oyundan sonra 9 xal toplayaraq turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Seçilən
70
90deqiqe.az

1Mənbələr