AZ

Rumıniya 18 ədəd F 16 nı 1 avroya ALDI

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Rumıniya Müdafiə Nazirliyi Niderland hökuməti ilə 18 ədəd F-16 Fighting Falcon döyüş təyyarəsinin lazımi avadanlıqla birlikdə alınmasına dair müqavilə imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rumıniyanın müdafiə naziri İonuş Musteanu sosial şəbəkədəki səhifəsində məlumat verib.

O bildirib ki, bu təyyarələr yalnız Feteştidəki Avropa F-16 Təlim Mərkəzində istifadə olunacaq.

Onun sözlərinə görə, alış 1 avroluq simvolik qiymətə həyata keçirilib. Nazir həmçinin qeyd edib ki, F-16-ların alınması F-35 təyyarələrinin Rumıniya Hərbi Hava Qüvvələrinin donanmasına inteqrasiyasını sürətləndirir.

Mətbuat yazır ki, Rumıniya ukraynalı pilotların Qərb istehsalı olan F-16 təyyarələrində Feteşti aviabazasında təlim xərclərini dövlət büdcəsindən qarşılayacaq. Təlimin maliyyələşdirilməsi ölkənin Milli Müdafiə Nazirliyi vasitəsilə təmin ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
2
redaktor.az

5Mənbələr