AZ

Türkiyədə 20 yaşlı qız 75 bıçaq zərbəsi ilə öldürüldü - Şübhəli azərbaycanlıdır

Türkiyənin Bursa şəhərində dəhşətli qətl hadisəsi baş verib.


Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Rusiya əsilli 20 yaşlı Arzu Xəlilova azərbaycanlı sevgilisi tərəfindən 75 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Bildirilir ki, hadisə Yıldırım rayonunun Değirmenlikızık məhəlləsində yerləşən evdə baş verib. 

Məlumata görə, birgə yaşayan cütlük arasında mübahisə yaranıb və mübahisə qısa zamanda davaya çevrilib.

Bu zaman sevgilisi əlindəki bıçaqla Arzu Xəlilovaya çoxsaylı xəsarətlər yetirib.

Bədəninin müxtəlif nahiyələrindən 75 bıçaq yarası alan A.Xəlilova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
66
manset.az

1Mənbələr