AZ

Elmimizin Təbliğat Ocağı 80 yaşında - AMEA



Əsası dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan AMEA-ya qayğı və alimlərimizin fəaliyyətinə dəstək siyasəti, bu gündə ölkəmizin ayrılmaz tərkib hissələrindən birinə çevrilib. Belə ki, müstəqilliyin yenicə əldə olunduğu vaxt bu mütərəqqi ocağın bağlanması nəzərdə tutulmuş, lakin Ulu öndər Heydər Əliyev bunun qarşısını qətiyyətlə almış və çıxışlarında həmişə akademiyanın mahiyyətinin vacibliyinə toxunmuş, daha sonrakı illərdə elm xadimlərinin mükafatlandırılması, yeni maddi-texniki bazanın formalaşması, akademiya ilə müasir elmin inteqrasiyalaşmasına gedən məşəqqətli yolun əsasını qoymuşdur.
Məhz bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 mart 2025-ci ildə AMEA-nın 80 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam mühüm tarixi məqsəd daşıyır. Ölkə başçımız cənab İlham Əliyevin bu addımı elmimizə yeni bir nəfəs və ruh yüksəkliyi gətirdi. Onun 22 illik prezidentlik dövründə hər daim bu quruma olan dəstəyi qeyd etsək belə hesab edirəm ki, səhifələr yazımızı sonlandırmağa kifayət etməz.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi, müasir texnologiyaın elmdə tətbiqi, süni intellektin tədqiqi, yerli və dünya ədəbiyyatın təbliği, tarixin, fəlsəfənin, sosiologiyanın, antropologiyanın, musiqişünaslığın, şərqşünaslığın, coğrafiyanın, bioloji təbabətin dərindən araşdırılmasının və bu sahədə məqalələrin yazılması, istinadların dünya müqayisəsində artırılmasına daha da geniş imkan yaradır.
Məhz bu gün noyabrın 3-də cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə öz təbrik nitqini səsləndirməsi, akademiya kollektivinə, habelə elmimizə göstərdiyi dərin diqqətin və rəğbətin bariz nümunəsidir.
Sonda onu qeyd etmək istərdim ki, Azərbaycan Milli Elmlər Akademiyası müasir və milli elmimizin inkişaf mənbəyi, konseptual düşüncələrin və ölkəmizin elm yolunun başlanğıçıdır. Bu çətin və şərəfli yolda AMEA artıq 80 illik bir dövrün astanasına qədəm qoyub. Bu gün sağlam və təməli möhkəm bir sütundan ibarət olan AMEA beynalxalq elm reytinqində ən yüksək pillələri fasiləsiz şəkildə addım-addım irəliləyir və irəliləməkdə də heç şübhəsiz davam edəcək...

Sənan Hüseynov
Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini, ADNSU IV kurs tələbəsi



Seçilən
67
3
aia.az

4Mənbələr