AZ

Ronaldo Messi ilə müqayisələrə reaksiya verib

“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo jurnalist Pirs Morqana verdiyi müsahibədə “İnter Mayami”nin və Argentina milli komandasının oyunçusu Lionel Messi ilə müqayisələrə reaksiya verib.

İdman.Biz bildirir ki, Ronaldo və Messinin rəqabətinin ən gərgin dövrü onların La Liqa günlərinə təsadüf edib. O vaxt portuqaliyalı “Real Madrid”də, argentinalı isə “Barselona”da oynayırdı.

“Messinin məndən daha yaxşı olması fikri ilə razı deyiləm. Təvazökar olmaq istəmirəm”, - deyə Ronaldo Pirs Morqana verdiyi müsahibədə bildirib.

Messi səkkiz dəfə “Qızıl top”, bir dəfə dünya çempionluğunu və bir dəfə Amerika kubokunu qazanıb. Ronaldo Avropa çempionluğunu, Millətlər Liqasını və beş “Qızıl top”u qazanıb. Hər iki hücumçunun çoxsaylı başqa kubokları da var.

İdman.Biz

Seçilən
76
14
idman.biz

10Mənbələr