AZ

KİV: Demokratlar Nensi Pelosinin siyasətdən gedişinə hazırlaşır

ABŞ-ın Demokrat Partiyası Nümayəndələr Palatasının sabiq spikeri Nensi Pelosinin siyasətdən ayrılmasına hazırlaşır.

APA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumataa görə, 85 yaşlı Pelosi, artıq təxminən 40 ildir San-Fransiskonu təmsil edir və noyabrın 4-də Kaliforniyada seçki dairələrinin sərhədlərinin dəyişdirilməsinə dair qanun layihəsi üzrə səsvermədən sonra 2026-cı ildə yenidən namizədliyini irəli sürməmək qərarını açıqlaya bilər.

Telekanalın konqres və Kaliforniya dairələrindəki mənbələri bildiriblər ki, Pelosi onun dəstəklədiyi bu təşəbbüsün qəbul edilməsini siyasi karyerasının rəmzi sonluğu kimi dəyərləndirir.

Seçilən
49
2
apa.az

3Mənbələr