AZ

Haitidə üçgünlük matəm elan edilib

ain.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Haiti hökuməti 30 nəfərin ölümünə səbəb olan “Melissa” qasırğasından sonra ölkədə üçgünlük milli matəm və üçaylıq fövqəladə vəziyyət elan edib.

AZƏRTAC Bernama agentliyinə istinadla xəbər verir ki, qasırğa nəticəsində daha 20 nəfər itkin düşüb. “Melissa” qasırğası Yamayka, Kuba və Baham adalarını da vurub.

Məlumatda qeyd edilib ki, ölkədə dövlət bayrağı yarıya endiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
4
yeniazerbaycan.com

5Mənbələr