AZ

Bağırsaq sağlamlığı üçün ən faydalı çay məlum oldu

Mütəxəssislər, həzm sistemini tənzimləyən və bağırsaq sağlamlığını qoruyan ən təsirli içkinin zəncəfil çayı olduğunu bildiriblər.

E-saglam.az xəbər verir ki, antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə seçilən zəncəfil çayı, həzm narahatlıqlarını azaldır, eyni zamanda immun sistemini gücləndirir.

Bağırsaqlar sağlamlığın əsas açarıdırBağırsaqlar təkcə həzm sisteminin deyil, həm də immunitet, ürək, dəri və beyin sağlamlığının əsasını təşkil edir. Mütəxəssislərin fikrincə, bağırsaq mikroflorasının balansda saxlanması ümumi sağlamlıq üçün böyük əhəmiyyət daşıyır. Bu balansı qorumaq üçün bahalı əlavələrə müraciət etməyə ehtiyac yoxdur – təbii bitki çayları ilə də bunu əldə etmək mümkündür.

Niyə məhz zəncəfil çayı?Qidalanma mütəxəssisləri bildirirlər ki, zəncəfil çayı bağırsaq sağlamlığını dəstəkləyən ən təsirli içkilərdən biridir. Güclü iltihabəleyhinə və antioksidant təsirə malik olan zəncəfil, mədəni sakitləşdirir, qaz və şişkinliyi azaldır, həzmi asanlaşdırır.

Mədə bulanmasına qarşı təsirlidirDiyetoloq Kristal Orozko qeyd edir ki, zəncəfil çayı mədə bulanmasının qarşısını almaqda son dərəcə faydalıdır. Zəncəfildəki gingerol adlı maddə, mədə bulanmasını yaradan serotonin reseptorlarını bloklayaraq rahatlıq yaradır. Mütəxəssis bildirir ki, “mədə narahatlığında limon və balla qarışdırılmış isti zəncəfil çayı çox təsirlidir”.

Həzmi və reflünü yüngülləşdirirAraşdırmalar göstərir ki, zəncəfil mədə turşusunun ifrazını tənzimləyir və bu yolla reflü və həzm pozğunluqlarını azaldır. Həmçinin mədə və bağırsaq əzələlərini boşaldaraq sancıları aradan qaldırır. Bu xüsusiyyətlərinə görə zəncəfil çayı, xüsusilə yeməkdən sonra həzmi asanlaşdırmaq üçün məsləhət görülür.

Qəbizliyi aradan qaldırırZəncəfil, həzm prosesini sürətləndirərək mədənin boşalmasını dəstəkləyir. Bununla da qəbizlik, mədə yanması və şişkinlik kimi problemlərin azalmasına kömək edir. Mütəxəssislərin fikrincə, müntəzəm zəncəfil çayı içmək bağırsaq hərəkətlərini tənzimləyir və həzmi təbii şəkildə normallaşdırır.

İltihabı azaldır, bağırsaq divarını qoruyurDiyetoloq Kiilinn Merfi bildirir ki, zəncəfildəki gingerol maddəsi güclü antioksidant təsirə malikdir və bağırsaq iltihabını azaldır. Gingerol, bağırsaq divarının qıcıqlanmasını azaldaraq toxumaların bərpasına yardım edir. Bu xüsusiyyətinə görə zəncəfil çayı, xroniki həzm pozğunluqlarının qarşısının alınmasında əhəmiyyətli dəstək hesab olunur.

Bağırsaq sağlamlığını qorumağın digər yollarıMütəxəssislər yalnız bitki çaylarının deyil, həm də balanslı qidalanmanın bağırsaq sağlamlığı üçün vacib olduğunu vurğulayırlar.

Meyvə, tərəvəz, dənli bitkilər və paxlalılar kimi lifli qidalar bağırsaq florasını gücləndirir.Bol su içmək həzmi asanlaşdırır və bağırsaq hərəkətlərini tənzimləyir.Qatıq, kefir və turşu kimi fermentləşdirilmiş məhsullar probiotik mənbədir; sarımsaq, banan və soğan isə prebiyotik baxımından zəngindir.Uzunmüddətli stres bağırsaq florasını poza və iltihabı artıra bilər – buna görə stressin idarə olunması vacibdir.

Mütəxəssislərin fikrincə, müntəzəm zəncəfil çayı içmək və sağlam həyat tərzini qorumaq, bağırsaq florasını gücləndirərək orqanizmin ümumi sağlamlığını dəstəkləməyin ən təbii yollarından biridir.

Qeyd: Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır. Zəncəfil çayının və ya digər təbii vasitələrin istifadəsindən öncə həkimlə məsləhətləşmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
34
e-saglam.az

1Mənbələr