AZ

Əfsanə klubdan göndərildi

“Arsenal”ın əfsanəvi futbolçusu Patrik Vieyranın “Cenoa” klubundakı məşqçilik fəaliyyəti başa çatıb. Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Məlumata görə, uğursuz oyunlardan sonra klub rəhbərliyi ilə məşqçi arasında görüş keçirilib. Görüşdən sonra Patrik Vieyranın klubdan ayrıldığı açıqlanıb.

Qeyd edək ki, Patrik Vieyra ötən ildən kluba rəhbərlik edirdi. Vieyra ötən il məşqçiliyə başlayanda “Cenoa” liqada 17-ci yerdə idi və aşağı liqaya düşmək təhlükəsi ilə üzləşmişdi. Lakin təcrübəli məşqçinin rəhbərliyi altında komanda son 26 matçda səkkiz qələbə və doqquz heç-heçə ilə 13-cü yerə yüksəlmiş və liqada qalmağı bacarmışdı. “Cenoa” hazırda turnir cədvəlinin sonuncu pilləsindədir.

Seçilən
40
1
metbuat.az

2Mənbələr